Xəzər Xəbər

Qarabağa aparan yolda yeni lövhələr quraşdırılır video

Veb TV | 23:10 • 22 Aprel 2021
Qarabağa aparan yolda yeni lövhələr quraşdırılır

Qarabağa aparan yolda yeni məlumatverici lövhələr quraşdırılır.

Xezerxeber.az-ın məlumatına görə, hazırda Qarabağda yol infrastrukturunun bərpası istiqamətində genişmiqyaslı işlər icra olunur.

İşğaldan azad edilmiş ərazilərdə istiqamət və məsafə lövhələri yenilənir.

Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli deyib ki, ərazidə görüləcək işlər çərçivəsində yollarda olan köhnə lövhələr yenilənir.

Bütün magistral və respublika əhəmiyyətli, həmçinin yeni inşa edilən avtomobil yollarında proses mərhələli şəkildə davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti