Xəzər Xəbər

Bakıda qadın həyat yoldaşını qətlə yetirib video

Veb TV | 22:01 • 22 Aprel 2021
Bakıda qadın həyat yoldaşını qətlə yetirib

Bakıda qadın həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib.

Qaradağ rayon prokurorluğunun yaydığı məlumatda bildirilib ki, Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, əldə etdiyimiz məlumatda görə, Elvin Əskərzadə Lənkəran, Sevda Babayeva isə Yardımlı rayon sakinləri olublar. Onların bir qız övladı var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti