Xəzər Xəbər

Respublika Milli Atüstü Oyunlar Mərkəzindəki cins atlar baxımsızlıqdan tələf olur video

Veb TV | 21:10 • 22 Aprel 2021
Respublika Milli Atüstü Oyunlar Mərkəzindəki cins atlar baxımsızlıqdan tələf olur

Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Milli Atüstü Oyunlar Mərkəzində olan cins atlar baxımsızlıqdan tələf olur.

Mərkəzdəki 40 cins atın 17-si ölüb, 23 başı isə kaxeksiya, yəni orqanizmin kəskin tükənməsi vəziyyətindədir.

Xezerxeber.az-ın məlumatına görə, bu atlar bir müddət Azərbaycanın milli atüstü oyun növlərindən biri olan çövkəndə istifadə edilib. Ancaq indi nəinki oyunda iştirak etmək, heç ayaqüstə durmağa taqətləri yoxdur.

Hər birinin qiyməti 5-10 min manat olan ingilis, ərəb və türkmən "Axaltəkə" cins atlarının yemlənməməsi nəticəsində heyvanlar tələf olub. İş o yerə çatıb ki, təsərrüfatda çalışan 12 işçi aylardır almadıqları əməkhaqlarını belə tələb etməyi özlərinə sığışdırmırlar.

Mövzuya münasibət bildirən Mədəniyyət Nazirliyinin şöbə müdiri Məryam Qafarzadənin sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırma başlanıb.

Nazirliyin rəsmisi bildirib ki, məsələ ciddi nəzarətə götürülüb və köklü dəyişiklik edilməsi istiqamətində işlərə başlanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti