Xəzər Xəbər

Yol polisi reyd keçirib video

Veb TV | 20:00 • 21 Aprel 2021
Yol polisi reyd keçirib

Nərimanov rayon Yol Polis Şöbəsinin əməkdaşları Təbriz küçəsində moped, motosklet və velosipedçilərə qarşı reyd keçiriblər.

Xezerxeber.az-ın məlumatına görə, reyd zamanı yollarda qaydaları pozan hərəkət iştirakçıları cərimə olunublar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Əsgərli deyib ki, moped, motosklet və velosipedçilərə qarşı belə reydləri keçirməkdə məqsəd cərimə etmək yox, onları qaydalara uyğun şəkildə hərəkətə yönləndirməkdir.

Reydlər mütəmadi keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti