Xəzər Xəbər

Prezident İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub video

Veb TV | 21:00 • 20 Aprel 2021
Prezident İlham Əliyev Hacıqabul rayonunda səfərdə olub

Prezident İlham Əliyev  Hacıqabul rayonuna səfər edib.

Xezerxeber.az-ın məlumatına görə, dövlət  başçısı ümummilli lider Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov rayonda görülən işlər barədə dövlət başçısına məlumat verib. Hacıqabul Sənaye Məhəlləsinin açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.Dövlət başçısına sənaye məhəlləsində yerləşən müəssisələr barədə məlumat verilib.

Hacıqabul-Muğan avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev yenidən qurulan Hacıqabul-Muğan avtomobil yolunun açılışında da iştirak edib. Dövlət  başçısına uzunluğu 11,5 kilometr olan yolun texniki göstəriciləri barədə məlumat verilib.

Prezident İlham Əliyev rayonun Meyniman kəndinin ərazisində fermer Elşən Xəlilovun 10 hektarlıq pambıq tarlası ilə tanış olub. Dövlət başçısı əkin sahəsində pambıq səpininə start verilməsi prosesini izləyib.

Hacıqabul rayonunda "Aqro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətin aqroparkının təqdimatı olub. Prezident İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı sonra Hacıqabulda 110 kilovoltluq "Qarasu" yarımstansiyasının açılışında iştirak edib. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına yarımstansiyada yaradılan şərait barədə məlumat verib.

Hacıqabulda "Azərsun Şamaxı Aqropark"ın açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.Dövlət başçısına aqroparkla bağlı məlumat verilib. Bildirilib  ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti