Xəzər Xəbər

Bakıda reklam lövhələri və dirəklər təhlükə yaradır video

Veb TV | 22:01 • 20 Aprel 2021
Bakıda reklam lövhələri və dirəklər təhlükə yaradır

Bakıda bəzi reklam lövhələri və dirəklər piyada səkilərini zəbt edib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakinləri bildirirlər ki,  bu cür dirəklərin çox olduğu səkilərdən uşaqla keçmək onlara çətindir.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin  rəhbəri Mais Ağayev bildirib ki, mütəmadi olaraq dirəklər və lövhələrlə bağlı tədbirlər görülür.  Bu problemlə bağlı 2017-ci ildə küçə və prospektlər təhlil edilib, nəticələr barədə müvafiq icra hakimiyətlərinə məlumat göndərilib.   

Mais Ağayev onu da qeyd edib ki  yaşlı,  uşaqlı və fiziki məhdudiyyətli şəxslər xüsusilə nəzərə alınaraq risklər aradan qaldırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti