Xəzər Xəbər

Bakıda evdən pul oğurlayan və narkotik satan şəxslər saxlanıblar video

Veb TV | 19:44 • 19 Aprel 2021
Bakıda evdən pul oğurlayan və narkotik satan şəxslər saxlanıblar

Bakıda evdən külli miqdarda pul oğurlayan və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıblar.

Xezerxeber.az-ın məlumatına görə, Suraxanı rayon sakini polisə məlumat verib ki, mənzilindən 11 min 600 manat oğurlanib. Polisin əməliyyatı nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mübariz Yəhyayev, Natiq Əhmədov, Şahin Rzazadə və Kəmalə Mehdiyeva saxlanıblar. Oğurlanan pulun bir qismi onlardan aşkarlanaraq götürülüb.

Suraxanı polisi  keçirilən digər bir əməliyyat zamanı isə rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakinləri Zamiq Heydərov və Asudə Sultanovanı saxlayıb. Onların üzərindən və yaşadıqları evlərdən heroin, eləcə də digər növdən olan narkotik vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər barəsində cinayət işləri başlanıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar