Xəzər Xəbər

“Barselona” finalda rəqibini darmadağın etdi VİDEO

Veb TV | 09:32 • 18 Aprel 2021
“Barselona” finalda rəqibini darmadağın etdi

"Barselona" klubu tarixində 31-ci dəfə İspaniya Kubokunu qazanıb.

Kataloniya təmsilçisi finalda "Atletik"i darmadağın edib - 4:0.

Sevilyadakı "Olimpiya" stadionunda keçirilmiş görüşdə qolların hamısı ikinci hissədə vurulub. Antuan Qrizmann 60-cı, Frenki de Yonq 63-cü, Lionel Messi 68-ci və 72-ci dəqiqələrdə fərqlənib.

Qeyd edək ki, "Barselona" İspaniya Kubokunu rekord sayda qazanıb. İkinci yerdə isə bu titula 23 dəfə yiyələnmiş "Atletik" gəlir.

İspaniya kuboku, final

"Atletik" - "Barselona" - 0:4
Qollar:
 Qrizmann, 60, De Yonq, 63, Messi, 68, 72

 

Xəbər lenti