Xəzər Xəbər

"Metsamor" AES nüvə qaçaqmalçılğı üçün münbit bazaya çevrilib video

Veb TV | 22:27 • 17 Aprel 2021
"Metsamor" AES nüvə qaçaqmalçılğı üçün münbit bazaya çevrilib

Daha iki Ermənistan vətəndaşı Gürcüstanda həbs edilib. Onlar qanunsuz olaraq radioaktiv maddə satmağa cəhd ediblər.

Gürcüstanın Təhlükəsizlik Xidmətinin məlumatına görə, ermənilər radioaktiv maddəni Kutaisi şəhərində 300 min avroya satarkən saxlanıblar.

Məlumat üçün bildirək ki, bu, birinci belə hal deyil. Bundan əvvəl Militos adlı Ermənistan vətəndaşı Gürcüstan Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Gürcüstan-Ermənistan sərhədindəki keçid məntəqəsində saxlanıb. O, radioaktiv maddələrin saxlanması və gömrük qaydalarının pozulmasında ittiham olunaraq həbs edilib. 2016-cı ildə isə Tbilisidə 6 nəfər Ermənistan vətəndaşı uran-238 radioaktiv maddəsini satmağa çalışarkən saxlanıb. Həmin ay daha 5  erməni cinayətkar eyni səbəbdən həbs edilib.

Maraqlıdır, başqa dövlətin ərazisində adi bir məhsul satırmış kimi rahat bir şəkildə gəzən Ermənistan vətəndaşları bu maddələri hardan və necə əldə edirlər? 

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Arzu Nağıyev hesab edir ki, bunların hamısı "Metsamor" Atom Elektrik Stansiyasından qaynaqlanır. Çünki "Metsamor" hazırda  nüvə qaçaqmalçılığı üçün münbit bir bazadır.

Millət vəkilinin sözlərinə görə, ermənilər dağılmış "Metsamor"un zəif mühafizəsindən istifadə edərək terrorçuluqla məşğuldurlar. Onlar radioaktiv maddələrdən təhdid kimi istifadə edirlər.

Arzu Nağıyevin sözlərinə görə, Ermənistan işğalçılıq və terrorçuluğu dövlət siyasəti kimi qəbul edərək, daim bu istiqamətdə addımlayır. "Metsamor" AES  isə hazırda Cənubi Qafqaz, o cümlədən yaxın dövlətlər üçün ən ciddi təhlükə mənbəyidir.                                               Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti