Xəzər Xəbər

Robert Mobili: Azad edilmiş bütün ərazilərdə erməni saxtakarlığı və vandalizminin elementləri görünür video

Veb TV | 15:15 • 17 Aprel 2021
Robert Mobili: Azad edilmiş bütün ərazilərdə erməni saxtakarlığı və vandalizminin elementləri görünür

Alban-Udi Xristian dini icması üzvlərinin erməni işğalından azad edilmiş Xocavənd rayonunun Tuğ kəndinə səfəri başlayıb.

Xezerxeber.az xəbər verir ki, səfər zamanı Tuğdakı qədim alban məbədi ziyarət olunub və Pasxa bayramı münasibətilə dini ayin icra edilib.

Azərbaycan Alban-Udi xristian dini icmasının sədri Robert Mobili təəssüratını "Xəzər Xəbər"lə bölüşüb. Robert Mobili deyib ki, ermənilər alban məbədlərini dağıdıb və saxtalaşdırıblar: "Bu gün biz qədim Alban kilsələrinə məxsus olan, Azərbaycan mədəni irsini ziyarət edirik. Müşahidəmiz onu göstərdi ki, ermənilər buranın çox hissəsini dağıdıb, zəng guşələrini dəyişərək saxtalaşdırıblar".

O əlavə edib ki, işğaldan azad edilmiş bütün ərazilərdə erməni saxtakarlığı və vandalizminin elemetlərini müşahidə edilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti