Xəzər Xəbər

Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb video

Veb TV | 19:33 • 17 Aprel 2021
Bakıda evdən 80 min dollarlıq qızıl külçələr oğurlanıb

Tanış olduğu qadının evindən dəyəri 80 min dollar olan qızıl külçələr oğurlayan şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Səbail rayonunda baş verib. Ev sahibi polisə məlumat verərək bildirib ki, naməlum şəxs mənzildən ümümi dəyəri 80 min dollar olan qızıl külçələri oğurlayıb. 8-ci Polis Bölməsi əməkdaşları əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Ceyhun Məmmədov saxlanıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib. Ceyhun Məmmədovdan həmin  külçələr aşkar olunaraq maddi sübut kimi götürülüb.

Qeyd edilən faktla bağlı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Bakının Nizami rayonunda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs də saxlanıb. Paytaxt sakini Lətifxan Musayev şübhəli şəxs qismində tutulub. 23-cü Polis Bölməsinin əməkdaşları araşdırma zamanı onun Keşlə qəsəbəsi ərazisində 5 kanalizasiya quyusunun qapağını oğurladığı müəyyən edilib. Saxlanan zaman Lətifxan Musayevin üzərindən 1 büküm psixotrop maddə də aşkar edilib.

Qeyd edilən faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti