Xəzər Xəbər

Atanın tükürpədici hərəkəti - Qızımı yerə atacağam, qanı çıxarsa cadu da qırılacaq VİDEO

Veb TV | 13:45 • 16 Aprel 2021
Atanın tükürpədici hərəkəti - Qızımı yerə atacağam, qanı çıxarsa cadu da qırılacaq

Adanada (Türkiyə) qızını yaşadığı binanın damından atmaq istəyən şəxs tutulub.

Mustafa A. adlı şəxs dörd yaşlı balaca qızın dəhşət dolu "ata, məni yerə atma" çığırtısı hamını ağladıb. Ata isə cadu olunduğunu və bu səbəbdən də qızı Elanı yerə atacağını söyləyib. İnsidenti görənlər polisə məlumat verdikdən sonra hadisə yerinə polis və tibb işçiləri gəlib.

Mustafa "qızımı yerə atacağam, qanı axarsa, cadu da qırılacaq" deyə qışqırırmış.

Xoşbəxtlikdən qızı xilas etmək mümkün olub./Milli.Az

Xəbər lenti