Xəzər Xəbər

"XəzərXəbər"in işıqlandırdığı problem dərhal həll olundu VİDEO

Bakıda piyada zolağının dekorativ kollara doğru çəkilişi nəzarətə götürülüb
Veb TV | 13:14 • 16 Aprel 2021
"XəzərXəbər"in işıqlandırdığı problem dərhal həll olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının 20 Yanvar və Asif Məhərəmov küçələrinin kəsişməsində piyada zolağının dekorativ kollara doğru çəkilməsini nəzarətə götürüb.

XəzərXəbər xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gün səhər saatlarında agentliyin Şəhər yollarının istismarı və təmiri şöbəsinin rəisi, həmçinin Bakı Nəqliyyat Agentliyinin məsul şəxsi ərazidə olaraq problemlə yerindəcə tanış olub və sözügedən qüsurun aradan qaldırılması üçün tapşırıq verilib. Atılacaq addımlar barədə yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.

 

Xəbər lenti