Xəzər Xəbər

Prezident İlham Əliyev Lukaşenko ilə görüşüb VİDEO

Veb TV | 21:41 • 14 Aprel 2021
Prezident İlham Əliyev Lukaşenko ilə görüşüb

Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub. Görüş çərçivəsində iki ölkə arasında iqtisadi, siyasi əlaəqlər müzakirə edilib. Pandemiya dövründə iqtisadi tərəfdaşlığın inkişafı və bundan sonrakı qarşılıqlı əməkdaşlıq məsələləri də gündəlyin əsas mövzularından olub.

Prezident İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub.

Görüş çərçivəsində regional problemlər, iki ölkə arasında münasibətlərin inkişafı müzakirə olunub. Dövlət başçısı qarşılıqlı iqtisadi fəaliyyət çərçivəsində yaxşı nəticələrin olduğunu bildirib.

Aleksandr Lukaşenko iki ölkə arasında olan iqtisadi siyasi əlaqələrin möhkəmliyinə diqqət çəkib. Belarus Prezidenti əmtəə dövriyyəsinin yarım milyarda çatmasının əldə edilən razılaşmaların reallaşdırıldığının bariz nümunəsi kimi qiymətləndirib.

Sonra iki ölkə prezidentlərinin iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.

Xəbər lenti