Xəzər Xəbər

Ukrayna baş nazirinin müavini Ağdama getdi - Gördüklərimiz çox dəhşətlidir VİDEO

Veb TV | 21:34 • 14 Aprel 2021
Ukrayna baş nazirinin müavini Ağdama getdi - Gördüklərimiz çox dəhşətlidir

Ukrayna baş nazirinin müavini, Ukraynanın müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikovun rəhbərlik etdiyi nümayəndə heyəti Ağdama səfər edib. Ukraynalı qonaq ermənilərin dağıtdıqları ərazilər ilə bağlı fikirlərini bölüşüb və Ağdamı çernobıl ilə müqayisə edib.

Qonaqlar erməni işğalının nəticələri ilə yerində tanış olublar.

İlk olaraq Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşları qonaqlara erməni işğalçıların əraziləri minalamaları və ANAMA tərəfindən aparılan minatəmizləmə əməliyyatları barədə məlumat veriblər. 

Ukraynanın Baş nazirinin müavini, ölkənin müvəqqəti işğal olunmuş əraziləri üzrə naziri Aleksey Reznikov Ağdamın hazırkı vəziyyəti ilə bağlı öz təəssüratlarını jurnalistlərlə bölüşüb. O, buranın Çernoblı xatırlatdığını və dəhşətli bir mənzərəyə şahid olduğunu söyləyib: 

Aleksey Reznikov iki ölkə arasındakı strateji və dostluq münasibətlərindən də danışıb:

Nazir müavini Azərbaycan və Ukrayna arasında gediş-gəlişlərin tək şəxsiyyət vəsiqəsi ilə mümkün ola biləcəyini də vurğulayıb..

Ukraynanın birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən Aleksey Reznikov onu da vurğulayıb ki, heç kim beynəlxalq səviyyədə tanınan sərhədləri dəyişmək hüququna malik deyil.

Xəbər lenti