Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərin 18 milyon kvadrat metri minalardan təmizlənib video

Veb TV | 20:32 • 9 Aprel 2021
İşğaldan azad edilmiş ərazilərin 18 milyon kvadrat metri minalardan təmizlənib

Hər keçən gün işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə işi daha da sürətlənir.

Ötən ilin 10 noyabr tarixindən bu günə qədər ANAMA-nın əməkdaşları tərəfindən 18 milyon kvadrat/ metrdən artıq sahədə minatəmizləmə işi həyata keçirilib.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə  ANAMA-nın Monitorinq və kefiyyətə nəzarət şöbəsinin müdri Elnur Qasımov deyib.

Onun sözlərinə görə, indiyə qədər təmizlik işləri zamanı 10 mindən çox piyada və tank əleyhinə minalar, 7 mindən çox partlamamış hərbi sursatlar aşkar olunaraq zərərsizləşidirlib.

Qeyd edək ki, işğalçı tərəf minalanmış ərazilərin xəritəsini vermədiyi üçün ANAMA Birləşmiş Millətlər Təşkilatının, eləcə də Cenevrə Mina Aksiyası Mərkəzinin xüsusi təlimatlarına uyğun olaraq ərazilərin kiçildilməsi metodundan,  minaxataran itlər və xüsusi vasitələrdən istifadə edir.

Elnur Qasımov deyib ki, minatəmizləmə işləri sistemli həyata keçirilir.

O,  vətəndaşlara gizli yollarla azad edilmiş ərazilərə keçməməyi və bir qədər səbrli olmağı tövsiyə edib.

Elnur Qasımov həmçinin həmin ərazilərdə xidməti ezamiyyətdə olanlara da tövsiyə edib ki, yalnız işlək yollardan istifadə etsinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar