Xəzər Xəbər

Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı - Şəhid Nicat Mənəfov 3 medalla təltif edilib video

Veb TV | 20:12 • 3 Aprel 2021
Vətən müharibəsinin 19 yaşlı qəhrəmanı - Şəhid Nicat Mənəfov 3 medalla təltif edilib

Qardaşı qalib ordunun əsgəri kimi, özü isə üçrəngli bayrağa bükülərək döndü evinə...

Xezerxeber.az-ın məlumatına görə, söhbət Vətən müharibəsinin qəhrəmanlarından olan 19 yaşlı Nicat Mənəfovdan gedir.

Qax rayonunun Qaradolaq kəndindən olan Nicat məktəb illərindən vətənpərvərliyi, bayrağa və torpağa sevgisi ilə seçilib.

Nicat ötən ilin aprel ayında hərbi xidmətə yollanıb və sentyabrın 27-də başlanan Vətən müharibəsində döyüşlərə qatılıb. O, Füzuli , Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərdə şücaəti ilə seçilib. Qardaşı Azər Mənəfov da könüllü kimi döyüşlərdə iştirak edib. Ayrı-ayrı bölgələrdə olsalar da, Nicat tez-tez qardaşı ilə əlaqə saxlayaraq işğaldan azad edilmiş məntəqələrin müjdəsini ona verib. Sonuncu zəng zamanı görüşməyi planlaşdırsalar da, bu, baş tutmayıb.

Nicat Mənəfov noyabrın 4-də  Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Nicat Mənəfov ölümündən sora "Vətən uğrunda ", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti