Xəzər Xəbər

Tərtər və Ağdam rayonlarında minalanmış ərazilərə baxış keçirilib video

Veb TV | 21:36 • 3 Aprel 2021
Tərtər və Ağdam rayonlarında minalanmış ərazilərə baxış keçirilib

Tərtər və Ağdam rayonlarında minalanmış ərazilərə baxış keçirilib, maarifləndirici bilbordlar basdırılıb.

Xezerxeber.az-ın məlumatına görə, 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü münasibətilə maarifləndirici aksiya keçirilib.

Aksiya çərçivəsində Qeyri-Hökumət Təşkilatlarının və vətəndaş cəmiyyətlərinin nümayəndələri Tərtər və Ağdam rayonlarında olublar. Əvvəlcə  Tərtərin Çaylı, Suqovuşan kəndləri ərazisində və Ağdam rayonunda minalanmış ərazilərə baxış keçirilib, maarifləndirici bilbordlar basdırılıb.

Sahələrə baxış zamanı isə Minatəmizləmə Agentliyinin əməkdaşları ərazilərin minalarla çirklənməsinə və sahə əmliyyatlarına dair məlumat veriblər. Həmçinin qeyd olunub ki, təkcə Vətən müharibəsindən sonra 40-dan artıq insan minaya düşüb. Onlardan bəziləri dünyasını dəyişib.

Səfər çərçivəsində vətəndaş cəmiyyəti təmsilçiləri bölgədəki  yerli icmalarla, eləcə də minadan zərər çəkənlərlə görüşlər keçirib, maarifləndirmənin əhəmiyyətinə dair müzakirələr aparıblar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti