Xəzər Xəbər

Aprel döyüşləri Qarabağa dönüşün başlanğıcı oldu video

Veb TV | 21:12 • 3 Aprel 2021
Aprel döyüşləri Qarabağa dönüşün başlanğıcı oldu

Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan bir səhifə oldu Aprel döyüşləri. İllər sonra atılan ən uğurlu addım Qarabağa dönüşün başlanğıcı, zəfərimizin ilk müjdəçisi oldu...

Cəmi 44 gün ərzində Azərbaycan ordusu əslində nəyə qadir olduğumuzu nəinki düşmənə, hətta bütün dünyaya çatdırdı. Məhz Aprel döyüşlərinin nəticəsi olaraq hər kəs sözümüzün kəsəri ilə yanaşı, silahımızın gücü və qolumuzun qüvvətini də anladı.

Aprel doyüşləri zamanı təkcə xüsusi əhəmiyyətli yüksəkliklər işğaldan azad olunmadı, həm də cəbhəboyu yaşayış məskənləri düşmənin atəş təhlükəsindən xilas edildi.

Hərbi ekspert Ədalət Verdiyev deyir ki, həmin vaxt işğaldan azad edilən ərazilər təsadüfi seçim yox, uğurlu bir siyasətin nəticəsi idi və bəhrəsini Vətən müharibəsində hər kəs gördü. 

Azərbaycan əsgəri uzun fasilədən sonra məhz Aprel döyüşlərində real imkanlarımızı nümayiş etdirib, düşməni bizim olan torpaqlardan qovdu və ilk dəfə qələbə dadını duydu. Elə həmin qələbənin sevinci, fəxarəti, uğuru ilə Vətən müharibəsinə yollanaraq, 4 günlük başlanğıca 44 günlük sonluq verdi. Həm də elə bir sonluq ki, 30 il sonra bizi Qarabağa apardı, Cıdır düzündə rəqs edib, Xarı bülbülün qoxusunu aldıq, Şuşa məscidində namaz qılıb, İstisuda isindik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti