Xəzər Xəbər

Dayanacaqlarda ödəmə terminalları niyə yoxdur? VİDEO

Veb TV | 21:42 • 31 Mart 2021
Dayanacaqlarda ödəmə terminalları niyə yoxdur?

Ərazidən ödənişi yalnız kartla qəbul edən  marşurut xəttinin avtobusları keçir. Lakin dayancaqlarda ödəmə terminalları yoxdur. Problem paytaxtın Xətai rayonu NZS qəsəbəsində yaşanır. Sakinlər dəfələrlə kartın balanısnda pul olmadığı üçün avtobusa minə bilmədiklərini bildirirlər.

32 nömrəli avtobus  "28 May" metrostansiyası-"8-ci kilometr"  ərazisi üzrə hərəkət edir. Xətai rayonu Nzs qəsəbəsidən  Neftçilər metrosuna qədər olan 7 kilometrlik məsafədəki  dayanacaqlarda isə Bakı kartın balansını artırmaq üçün ödəmə terminalları tapılmır.

Sərnişinlərin tək istəyi aidiyyatı qurum olan Bakı Nəqliyyat Agentliyinin əraziyə baxış keçirməsi və  ehtiyac olan dayanacaqlara terminalların qoyulmasıdır. Sözügedən məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev ''Xəzər Xəbər'' ə bildirdi ki, ödəmə terminalı sərnişin sıxlığı nəzərə alınaraq qoyulur. 

Vətəndaşlar da qısa zamanda  ödəmə terminallarının sayının  artırılacağına və gediş-gəlişdə heç bir problemlə rastlaşmayacaqlarına ümid edirlər.

 

Xəbər lenti