Xəzər Xəbər

COVAX Avropa İttifaqının əlində siyasi təzyiq alətinə çevrilib video

Veb TV | 20:04 • 27 Mart 2021
COVAX Avropa İttifaqının əlində siyasi təzyiq alətinə çevrilib

Dünyada COVID-19 virusuna qarşı vaksinasiya prosesini tezləşdirmək üçün ötən ilin ortalarında COVAX platforması yaradılıb. Amma reallıq göstərir ki, platforma bütün ölkələr üçün ədalətli  imkan  yaratmaq amalından uzaqdır.

Xezerxeber.az-ın məlumatına görə, millət vəkili Musa Quliyev deyib ki,  COVAX  Avropada koronavirus əleyhinə istehsal olunan  vaksini Azərbaycana göndərməli olsa da, məsələ hələ də həllini tapmayıb.  Bu yanaşma qeyri-ciddidir və COVAX-a olan etibarı zədələyir.

Görünən odur ki , COVAX Avropa İttifaqının əlində siyasi təzyiq alətinə çevrilib. Vaksinlərin daha çox Qərb dövlətlərinə verilməsi, bəzi ölkələrin  isə  dozadan əlavə  vaksinləri anbarlarda saxlaması Avropa İttifaqının vaksin bölgüsündəki ədalətsizliyini açıq şəkildə göstərir.

Pandemiya bir ölkənin deyil, bütün dünyanın problemidir. Problemi həll etmək üçün gərək qarşılıqlı həmrəylik nümayiş etdirilsin. Avropa İttifaqı isə hələ ki bu həmrəyliyi nümayiş etdirmir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 

Xəbər lenti