Xəzər Xəbər

Şəmkirdə oğurluq edən dəstə saxlanılıb - Biri hələ uşaqdır VİDEO

Veb TV | 19:05 • 23 Mart 2021
Şəmkirdə oğurluq edən dəstə saxlanılıb - Biri hələ uşaqdır

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edərək cinayət törətməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərXəbər-ə verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fərdi yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri - Elcan Hüseynov, Röyal Həsənov və yetkinlik yaşına çatmayan digər bir rayon sakini saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər mart ayının 9-da rayon ərazisindəki fərdi yaşayış evlərinin birinə qeyri-qanuni yola daxil olaraq oradan 1 ədəd televizor oğurlayaraq satıblar. Davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə həmin şəxslərin daha bir fərdi yaşayış evindən 1 ədəd televizor, 1 ədəd kompyuter, 500 manat nağd pul və digər qızıl-zinət əşyalarını oğurlayaraq satması məlum olub.

Şübhəli şəxslər maddi-sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar