Xəzər Xəbər

Göyərçinlərə işgəncə verən ərəblər cərimələndi VİDEO

Veb TV | 17:01 • 21 Mart 2021
Göyərçinlərə işgəncə verən ərəblər cərimələndi

Aparılan monitorinqlər zamanı ərəb ölkələrindən gəlmiş turistlərin Qax rayonun Acınohur ərazisində mülkiyyətçinin razılığı əsasında istirahət məqsədilə çadır qurduqları və özlərinə məxsus şahin quşlarına təlim keçdikləri qeydə alınıb.

Bu barədə Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə məlumat verib.

O bildirib ki, təlimdə ev quşları olan göyərçinlərlə rəhmsiz rəftar olunması aşkar edildiyindən həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq olunub.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə aktivist Cavid Qara adlı şəxs ov etmək üçün Acınohur ərazisinə gələn ərəb turistlərlə bağlı paylaşım edib. Görüntülərdən aydın olur ki, bir neçə ərəb turist dronun arxasına canlı göyərçin bağlayaraq şahinlərə yem edir. Onların bunu əyləncə üçün etdiyi iddia olunub.

 

Xəbər lenti