Xəzər Xəbər

Şəhid leytenant Süleyman Bağırov - O qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə  yüksəldi VİDEO

Veb TV | 20:49 • 20 Mart 2021
Şəhid leytenant Süleyman Bağırov - O qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə  yüksəldi

Şəhid leytenant Süleyman Bağırov vətən uğrunda  qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biridir. Bu gün ailəsi bayramı onzus  qeyd edir. Bu onlar üçün nə qədər ağır olsa da, Süleymandan qalan xoş xatirələr onun ailəsi üçün kiçik də olsa təsəllidir.

O qəhrəmancasına vuruşaraq, şəhidlik zirvəsinə  yüksəldi.

Süleyman Bağırov 1992-ci ildə Sabirabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 2010-cu ildə Bakı Mədəniyyət və İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsindən məzun olub.

2016-cı il Aprel döyüşlərinində iştirakçısı olan Süleyman  Bağırov İkinci Qarabağ müharibəsi başlayan zaman yenidən döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanıb.

O,Füzuli, Hadrut və Cəbrayılın azad olunması uğrunda gedən döyüşlərdə aktiv iştirak edərək düşmənin xeyli sayda canlı qüvvə və texnikasını məhv edib. Ailəsi ilə sonuncu dəfə oktyabr ayının 6-da danışan Süleymandan bundan sonra xəbər almaq mümükün olmur. O,  oktyabrın 8-də Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlir..

Onu özünə böyük qardaş bilən dostu Əfqan Həsənov isə deyir ki,Süleyman daim torpaqlarımızın azadlığı uğrunda fikirləşirdi.Süleyman Aprel döyüşlərində Polad Həşimovla birgə iştirak etmişdi. Polad Həşimov şəhid olanda ən çox üzülənlərdən biri də Süleyman idi.. Amma o vaxtdan özünə söz vermişdi ki,müharibə başlayan kimi gedib qisasımızı alacaq...

Leytenant Süleyman Bağırov "Cəsur Döyüşçü"  "Vətən Uğrunda"  Füzulin və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib. Ölümündən sonra onun ilk qız övladı dünyaya gəlib..Və şəhidimizn ölməmişdən əvvəl arzu etdiyi kim ona Nilufər adı qoyulub.

 

 

 

Xəbər lenti