Xəzər Xəbər

Azərbaycanlı gənclər unikal cihazlar hazırlayıb video

Veb TV | 20:54 • 17 Mart 2021
Azərbaycanlı gənclər unikal cihazlar hazırlayıb

Azərbaycanlı gənclər yeni elektrik tənzimləyici və efir dinamik generatoru hazırlayıb.

Xezerxeber.az-ın məlumatına görə, elektrik tənzimləyicinin müəllifi Ceyhun Xəlilovdur.

O deyir ki, bu cihazın müxtəlif variantlarından gündəlik həyatda, xüsusilə də məişət əşyalarını qorumaq məqsədilə çox istifadə olunur. Lakin əksər hallarda vətəndaşlar yenə də problemlərlə üzləşirlər. Çünki xətlərdə anidən yüksək gərginlik yaranarsa və ya fazalar arasında ciddi gərginlik fərqi olarsa, enerjiyə qoşulu əşyalar bir neçə dəqiqə ərzində yanaraq məhv olur. Belə problemlərin yaşanmaması üçün Ceyhun Xəlilov stabilizator hazırlayıb.

Efir dinamik generatorunun müəllifi isə Ruslan Hacıömərovdur. O bildirir ki, sözügedən generator enerjini statik maqnit sahəsindən alır və onu yalnız ilk dəfə işə salmaq üçün elektrik enerjisindən istifadə olunur.

Qeyd edək ki, Ceyhun Xəlilovun yeni ixtira etdiyi elektrik tənzimləyici bu il Türkiyədə keçirilən "Texno Festival"da da nümayiş olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti