Xəzər Xəbər

Azərbaycan - Slovakiya əlaqələri genişlənir video

Veb TV | 21:11 • 17 Mart 2021
Azərbaycan - Slovakiya əlaqələri genişlənir

İşğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərində Slovakiya şirkətləri də iştirak edə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bunu Slovakiyanın xarici və Avropa işləri naziri İvan Korçokla görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Bildirilib ki, hazırda Azərbaycanda müxtəlif sahələr üzrə 11 Slovakiya şirkəti fəaliyyət gösərir. Qarşılıqlı sərmayə və ölkələr arasındakı ticarət dövriyyəsi qaneedici deyil. Görüşdə bir sıra sahələr üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Vurğulanıb ki, artıq işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə başlanıb. Slovakiya şirkətləri də bu işlərdə iştirak edə bilər.

Ölkələr arasında siyasi dialoq yüksək qiymətləndirilib və bu dialoqun davam etdirilməsi zəruri sayılıb.

İvan Korçok qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıqla bağlı yeni sazişin imzalanması vacibdir. Slovakiya bu sahədə Azərbaycana dəstək verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti