Xəzər Xəbər

Məktəblərdə şəhidlərin xatirəsi əbədiləşdirilir video

Veb TV | 23:57 • 13 Mart 2021
Məktəblərdə şəhidlərin xatirəsi əbədiləşdirilir

Bakıda məktəblərə və təhsil müəssisələrindəki siniflərə Vətən müharibəsi şəhidlərinin adları verilir. 

Xezerxeber.az-ın məlumatına görə, bir sıra məktəblərin sinifləri, koridorları şəhidlərimizi xatırladır. Bu yolla həm şəhidlərimizə vəfa borcu ödənməyə çalışılır, həm də şagirdlərə vətənpərvərlik ruhu aşılanır.

Belə məktəblərdən biri də paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən 192 saylı ümumtəhsil müəssisəsidir. Məktəbin birinci mərtəbəsində şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq hazırlanmış memorial guşədə bu məktəbin yetirmələri olan şəhid məzunların, eləcə də digər şəhidlərimizin şəkilləri vurulub, onların şəxsi əşyaları qorunub-saxlanır.

İkinci mərtəbədə isə sinif otaqlarına şəhidlərin adları verilib.

Sinif otaqlarının açıldığı koridorda möhtəşəm bir mənzərə var. Burada dərsə gələn və dərsdən gedən bütün uşaqların, müəllimlərin yolu zəfərdən keçir. Bu koridorda zəfər tarixi muzeyi yaradılıb.

Bu kompozisiyanın hazırlanmasında məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, valideynlər də yaxından iştirak ediblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti