Xəzər Xəbər

Gəncədə çörəkbişirmə məntəqəsinə hücum edilib video

Veb TV | 19:58 • 13 Mart 2021
Gəncədə çörəkbişirmə məntəqəsinə hücum edilib

Gəncədə çapacaqla çörəkbişirmə məntəqəsinə hücum edən şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Gəncə polisinə martın 1-də bir nəfər maskalı şəxsin əlində çapacaqla şəhər ərazisindəki çörəkbişirmə məntəqələrindən birinə basqın etməsi və oradakı kassadan 95 manat pulu götürərək hadisə yerindən uzaqlaşması barədə məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş 34 yaşlı Mübariz İsmayılov saxlanıb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Mübariz İsmayılovun martın 8-də daha bir anoloji cinayət hadisəsini törətdiyi məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar