Xəzər Xəbər

Azərbaycanda əkin subsidiyası əmsalları artırıldı VİDEO

Veb TV | 21:09 • 12 Mart 2021
Azərbaycanda əkin subsidiyası əmsalları artırıldı

Dizel yanacağının qiymətinin qalxmasının kənd təsərrüfatı məhsullarının qiymətinə təsir etməməsi üçün fermerlərə verilən subsidiyaların əmsalları artırılıb. Fermerler yeni subsidiyalari artırılmış şəkildə  alacaqlar. Əkilən bitkidən asılı olaraq, 1 hektara görə 20-50 manat arası əlavə ödəniş ediləcək.

Fermerlərin dizel yanacağı ilə bağlı artan xərcləri kompensasiya edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurası fermerlərin dizel yanacağı ilə bağlı artan xərclərini kompensasiya etmək məqsədilə əkin subsidiyası əmsallarını artırıb.

Əkin subsidiyası əmsalları artırılmazdan əvvəl fermerlərin dizel yanacağının bahalaşması ilə bağlı artan xərcləri öyrənilib. Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə dizelin qiymətinin bahalaşması ilə yaranan fərqə görə ödənəcək subsidyaların məbləğini açıqlayıb.

Firdovsi Fikrətzadənin sözlərinə görə, hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.

Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25%-i nağd, 75%-i isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər.

Xəbər lenti