Xəzər Xəbər

Azərbaycanda siqaret bahalaşdı VİDEO

Bu gündən Azərbaycanda siqaretlərin qiyməti artırılıb.
Veb TV | 21:18 • 11 Mart 2021
Azərbaycanda siqaret bahalaşdı

Azərbaycanda siqaretlərin qiyməti qalxıb. Bu gündən bəzi siqaretlərin qiymətində təxmini  20 qəpik artım müşahidə olunur. Bu 20 qəpik cibə ziyandır. Lakin siqaretdən imtina etməklə sağlamlığın xeyrinə addım atmaq olar. Gec deyil. Bəlkə də bir fürsətdir.

Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.

Çəkən də, istehsal edən də verilən qərardan razıdır. İstehsal edən öz gəlirini düşünür, istifadə edən isə bu zərərli vərdişi tərgidəcəyinə ümid edir. Günü-gündən qiyməti bahalaşan siqaret isə artıq əlçatanlığını itirir:

 Satıcılar isə qiymət artımından narazılıq edirlər. Çünki qiymət artdıqca tələbat da azalır ki, bu da onların gəlir səviyyəsini aşağı salır.

Qeyd edək ki, tütünün insan orqanizminə zərəri haqda nə qədər təbliğat aparılsa da ondan istifadə edənlərin sayı günü-gündən artmaqdadır.

 

Xəbər lenti