Xəzər Xəbər

Bakıda polis əməliyyatı: onlayn qaydada narkotik satanlar həbs edilib VİDEO

Polis əməliyyatla narkotik maddə satmaq istəyən şəxsləri ifşa edib.
Veb TV | 19:48 • 9 Mart 2021
Bakıda polis əməliyyatı: onlayn qaydada narkotik satanlar həbs edilib

Polis əməkdaşları 16 kiloqramdan artıq narkotik vasitəni satmaq istəyən şəxsləri saxlayıblar. Aralarında qadın da olan həmin şəxslər ayrı-ayrılıqda paytaxtın müxtəlif ərazilərində saxlanaraq istintaqa cəlb ediliblər.

Polis əməliyyatla narkotik maddə satmaq istəyən şəxsləri ifşa edib.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Arif Zeynalovu saxlayıblar. Onun üzərindən və yaşadığı evdən 4 kiloqram 700 qram heroin, 1 kiloqrama yaxın psixotrop maddə, 980 qram marixuana, 193 qram tiryək,  940 qram həşiş qətranı, 1 ədəd elektron tərəzi və narkotik vasitələrin satışından əldə etdiyi 24 min dollar aşkar edilib. Saxlanan şəxs izahatında külli miqdarda narkotik vasitəni xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə etdiyini bildirib. 

Polis daxil olan məlumat əsasında əvvəllər məhkum olunmuş Fuad Ziyadovu da saxlayıb. Onun üzərinə baxış zamanı 72 qram, Sabunçu rayonunda yaşadığı məzildən isə əlavə 4 kiloqram 54 qram heroin, 1 ədəd elektron tərəzi, həmçinin narkotik vasitələrin satışından əldə etdiyi pul vəsaitləri və 3 ədəd plastik kart aşkar edilib. Fuad Ziyadov ifadəsində narkotik vasitələrin onlayn satışı ilə məşğul olduğunu və əldə etdiyi pulu həmin plastik kartlarda topladığını bildirib. 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən daha bir əməliyyat zamanı isə Aydan Həsənəlizadə saxlanaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış zamanı 50 qrama yaxın heroin, 10 qram psixotrop maddə, paytaxtın Nizami rayonuda yaşadığı evdən isə 1 kiloqram 395 qram heroin, 2 kiloqram 140 qram psixotrop maddə, 1 ədəd elektron tərəzi və 1 ədəd narkotik vasitələrin dövriyəsində istifadə edilmiş plastik kart aşkar edilib. 

Aydan Həsənəlizadə ifadəsində külli miqdarda narkotik vasitələri xarici ölkələrdən birinin vətəndaşının ona satmaq məqsədi ilə göndərdiyini bildirib. Beləliklə, polis saxlanan şəxslərdən ümumilikdə 16 kiloqramdan artıq narkotik vasitə aşkar edərək dövriyyədən çıxarıb.

 

Xəbər lenti

Çox oxunanlar