Xəzər Xəbər

Şəhid Ramil Musayevin övladı dünyaya gəldi VİDEO

O, şəhid qəhrəman atasının adı ilə böyüyəcək.
Veb TV | 21:47 • 6 Mart 2021
Şəhid Ramil Musayevin övladı dünyaya gəldi

O, şəhid qəhrəman atasının adı ilə böyüyəcək. Söhbət atasının ad günündə xəstəxanadan evə yola salınan körpə Ramil Musayevdən gedir. Şəhid övladının dünyaya gəldiyi xəstəxanada duyğu dolu anlar yaşanıb. Cəbrayılda şəhid olan xüsusi təyinatlı qüvvələrin giziri Ramil Musayevin yarım qalan arzularını öz adını daşıyan oğlu reallaşdıracaq. 

Xüsusi Təyinatlı Qüvvələrin İsmayıllı rayonunun Aşağıbaş kəndindən olan şəhid giziri Ramil Musayevin ad günündə yeni doğulan körpəsi xəstəxanadan evə yola salınıb. 

Şəhidin anası və qardaşı bu gün sevinclə kədər hissini birlikdə yaşadıqlarını deyirlər.

Sıra gəlib çatdı ən həyəcanlı ana. Qəhrəman atanın adını daşıyan körpə Ramili bütün yaxınları sevinc göz yaşları ilə qarşıladılar. 

Şəhid ailəsinin sevincli günündə "YAŞAT" Fondunun  əməkdaşları da iştirak ediblər.

Şəhidin yaxınları bildirir ki, Ramil daim qəlbi vətən sevgisi ilə döyünən biri olub. O, şəhadətə ucalmazdan öncə votsap sosial şəbəkəsindəki statusunda "Əsl döyüşçülər üçün şəhadət ən böyük şərəfdir" cümləsini yazaraq sanki şəhid olacağını öncədən bilibmiş. 

Onu da qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin şəhid giziri Ramil Musayev döyüşlər başlayan ilk anlardan hərbi əməliyyatlarda fəal iştirak edib. O, Suqovuşanın azad edilməsində bir sıra qəhrəmanlıqlar göstərib.  Oktyabrın 3-də isə Cəbrayıl istiqamətində gedən döyüşlərdə düşmənin xain pusqusuna düşərək qəhrəmancasına şəhid olub. Göstərdiyi şücaət və igidliyə görə "Qarabağ" ordeni, Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Xəbər lenti