Xəzər Xəbər

Azərbaycan dost ölkələrin dəstəyini yüksək qiymətləndirir video

Veb TV | 21:39 • 5 Mart 2021
Azərbaycan dost ölkələrin dəstəyini yüksək qiymətləndirir

İstər ikinci Vətən müharibəsində, istərsə də digər məsələlərdə Türkiyə, Pakistan və Əfqanıstan hər zaman Azərbaycanın haqq səsinə dəstək nümayiş etdiriblər. Bütün bunların isə bir səbəbi var: Prezident İlham Əliyevin həmin ölkələrlə sıx tərəfdalıq əlaqələri yaratması və Azərbaycanın dünyada nüfuzunun günü-gündən artmasıdır.

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, bəzi dövlətlər Azərbaycanın haqq səsini eşitmədiyi bir vaxtda bu 3 ölkə Vətən müharibəsində daim ölkəmizin yanında oldu. Pakistan və Əfqanıstan rəsmiləri müxtəlif səviyyələrdə dəstək bəyanatları verdilər.

Pakistanın baş naziri İmran Xanın Azərbaycanın işğal olunmuş ərazilərinin uğurla azad edilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsində qələbəni "dastan qələbə" adlandırması və  Əfqanıstan Prezidenti Əşrəf Qaninin də  dövlət başçısı ilə bağlı fikirləri onların ölkəmizə dəstək nümayiş etdirmələrinin göstəricisidir.

Ceyhun Məmmədov deyib  ki, hazırda Azərbaycanın dünyada söz sahibi olan Türkiyə, Pakistan və Əfqanıstanla əlaqələri günü-gündən inkişaf edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti