Xəzər Xəbər

Azərbaycan iqtisadi azadlıq səviyyəsi üzrə 6 pillə irəliləyib hesabat

Veb TV | 22:46 • 5 Mart 2021
Azərbaycan iqtisadi azadlıq səviyyəsi üzrə 6 pillə irəliləyib

Dünyanın ən böyük beyin mərkəzlərindən bir olan İrs Fondu "İqtisadi Azadlıq İndeksi 2021" hesabatını təqdim edib.

Xezerxeber.az-ın məlumatına görə, hesabata əsasən, Azərbaycan 6 pillə irəliləyərək 172 ölkə arasında 38-ci yerdə qərarlaşıb. Ölkəmiz bu il dünya üzrə orta göstəricidən yuxarı, Avropa ölkələri səviyyəsində nəticə göstərib. Avropa regionunda 45 ölkə arasında isə 23-cü yerdə qərarlaşıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Müseyibovun sözlərinə görə, hesabatın nəticələrinə əsasən, Azərbaycan Polşa, İspaniya, Sloveniya, Fransa, İtaliya və bu kimi inkişaf etmiş ölkələri qabaqlayıb. Bu, iqtisadi azadlıqların və ölkədəki iqtisadi siyasətin liberallıq baxımından nə qədər qanunamüvafiq olduğunu qiymətləndirən bir hesabatdır. Bu hesabatı elmi dairələrlə yanaşı, investorlar, siyasi dairələr və beyin mərkəzləri də mötəbər qəbul edir.

Qarabağa investisiyaların cəlb edilməsində də bu reytinqlərin nəticəsi önəmli rol oynaya bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti