Xəzər Xəbər

İndiki Ermənistan ərazisində Azərbaycanın tarixi abidələri vandalizmə məruz qalıb VİDEO

Veb TV | 22:27 • 4 Mart 2021
İndiki Ermənistan ərazisində Azərbaycanın tarixi abidələri vandalizmə məruz qalıb

Hazırkı Ermənistan ərazisində azərbaycanlılara aid 8 mindən artıq mədəniyyət abidəsi var. Bu abidələrin demək olar ki, hamısı vandalizmə məruz qalıb.  İslam dininə aid abidələr daha çox zərər görüb. 

Ermənistan ərazisindəki tarixi abidələrimiz də məhv edilib.

"İşğal Olunmuş Ərazilərdəki Tarix-Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı" İctimai Birliyinin sədri Faiq İsmayılov deyir ki, Hazırkı Ermənistan ərazisində azərbaycanlılara aid 8 mindən artıq mədəniyyət abidəsi var. Bunlara mədəniyyət, incəsənət, dini abidələr və karvansaralar daxildir. Bu abidələrin demək olar ki, hamısı vandalizmə məruz qalıb.

Ermənistan ərazisindəki İslam dininə aid abidələr daha çox zərər görüb. Orada yaşayan azərbaycanlıların izlərini itirmək üçün uzun illər planlı şəkildə işlər aparılıb. Bir neçə məscid də bərpa edilərək tarixi saxtalaşdırılıb.

Ermənilər ötən əsrin 20-ci illərindən sonra həmin ərazilərdə məskunlaşdırılıb. Həmin dövrə qədər olan xirstianlıq abidələri Qafqaz Albaniyası abidələri hesab olunur. Yəni, onların ermənilərə heç bir aiddiyyəti yoxdur. Lakin onların da tarixi saxtalaşdırılıb və bir çox məscid və karvansaralarımız kimi erməni monastrı və kilsələrinə çevrilib. 

Faiq İsmayılov bildirib ki, hələlik dəymiş zərərin qiymətləndirilməsi aparılmayıb. Çünki, bunun üçün həmin ərazidə monitorinqlər aparılmalı və dəyən zərər müəyyənləşdirilməlidir. Bununla bağlı beynəlxlaq təşkilatlara müraciət də olunub. Lakin ikili standartlar səbəbindən heç bir tədbir görülməyib. 

Xəbər lenti