Xəzər Xəbər

Daha bir məktəbdə tədris dayandırılıb, müəllimlərin vaksinasiyasına başlanılıb video

Veb TV | 19:54 • 3 Mart 2021
Daha bir məktəbdə tədris dayandırılıb, müəllimlərin vaksinasiyasına başlanılıb

Bakı şəhəri, Qaradağ rayonundakı 106 nömrəli tam orta məktəbdə koronavirus səbəbindən tədris müvəqqəti olaraq dayandırılıb. Məktəbin fəaliyyəti 7 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, təhsil müəssisələrində karantin rejimi qaydalarına uyğun addımlar atılır, mütəmadi monitorinqlər keçirilir.

Bu gündən təhsil işçilərinin vaksinasiyasına da başlanılıb. Bu, ona görə tətbiq olunur ki, ənənəvi  tədrisə tam keçmək mümkün olsun.

Mehriban Vəliyeva onu da bildirib ki, koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti