Xəzər Xəbər

Şəhid Şəmsəddin Təhməzovun doğum günüdür video

Veb TV | 20:24 • 3 Mart 2021
Şəhid Şəmsəddin Təhməzovun doğum günüdür

Canını vətən uğrunda fəda etdi. İndi ailəsi ad gününü onsuz qeyd edir...

Xezerxeber.az-ın məlumatına görə, söhbət Vətən müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalmış Şəmsəddin Təhməzovdan gedir.

O, 2001-ci il martın 3-də Masallı rayonunun Güllütəpə kəndində anadan olub. Şəmsəddin 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə motoatıcı taborun atıcı əsgəri vəzifəsində xidmət aparıb. 44 günlük Vətən müharibəsində iştirak edən Şəmsəddin Təhməzov da döyüşlərə qatılıb.

Şəmsəddin Təhməzov döyüşlərdə qəhrəmanlıq göstərib. Tərtərin Talış kəndi istiqamətində gedən döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşan cəsur əsgər oktyabr ayının 7-də ürək nahiyyəsindən aldığı qəlpə yarasından şəhidlik zirvəsinə ucalıb. Şəmsəddin Təhməzov doğulub boya-başa çatdığı Masallı rayonunun Güllütəpə kənd qəbirstanlığında torpağa tapşırılıb.

Şəmsəddin Təhməzovun böyük qardaşı, hazıda müddətdən artıq xidmət edən Şəhriyar Təhməzov da Vətən müharibsində iştirak edib.

Qeyd edək ki, Şəmsəddin Təhməzov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti