Xəzər Xəbər

Gürcüstana səyahət edənlər üçün yeni tələblər video

Veb TV | 20:23 • 1 Mart 2021
Gürcüstana səyahət edənlər üçün yeni tələblər

Bu gündən Azərbaycan vətəndaşları Gürcüstana yeni qaydalarla gedə biləcək.

Xezerxeber.az-ın məlumatına görə,vətəndaşlar yalnız neqativ cavablı "PCR" testi barədə sənədi təqdim edərək hava yolu ilə Gürcüstana səfər edə biləcək.

Qaydalara əsasən, vətəndaşlar Gürcüstana daxil olmazdan əvvəl son 72 saat ərzində əldə edilmiş test cavabını hava limanında təyyarəyə minərkən təqdim etməlidir. Həmin şəxslər Gürcüstana səfərlərinin üçüncü günündə yenidən öz hesablarına test verməlidirlər.

Gürcüstan Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, yeni qaydalar Azərbaycanla yanaşı Ukrayna, Qazaxıstan, Ermənistan, Rusiya və Belarus vətəndaşlarına da şamil edilib.                                                                     

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

 

Xəbər lenti