Xəzər Xəbər

Bütün ölkə ərazisində hava şəraiti kəskin dəyişdi VİDEO

Veb TV | 21:42 • 23 Fevral 2021
Bütün ölkə ərazisində hava şəraiti kəskin dəyişdi

Artıq bir neçə saatdır ki, ölkə ərazisində kəskin hava şəraiti müşahidə olunur. Paytaxtda axşam saatlarından etibarən güclü külək və yağış yağmağa başlayıb. Sinoptiklərin verdiyi məlumata görə, bütün ölkə ərazisində iki gün ərzində havanın şaxtalı keçəcəyi, çovğun olacağı ehtimal olunur. 

Optik hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində bu gündən etibarən hava dəyişib.

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək. Havanın arabir yağıntılı olacağı, gecəyə doğru qara keçəcəyi gözlənir. Fevralın 24-də arabir qar yağacaq, bəzi yerlərdə isə yağıntının intensiv olacağı istisna olunmur. 

Bölgələrdə də şimal və şərq rayonlarından başlayaraq hava şəraiti dəyişəcək. 25-i səhərədək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda intensiv və güclü olacağı gözlənir. 

Gözlənilən qeyri-sabit, şaxtalı hava şəraiti fevralın 25-i səhərədək davam edəcək. Səhər saatlarından etibarən isə yağıntının tədricən kəsiləcəyi, 26-i gündüz əsasən yağmursuz keçəcəyi gözlənir. 

Xəbər lenti

Çox oxunanlar