Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Bakıya yeni qaz sayğacları gətirilir - Funksiyaları AÇIQLANDI VİDEO

Veb TV | 233 | 20:52 • 26 Yanvar 2021
Bakıya yeni qaz sayğacları gətirilir - Funksiyaları AÇIQLANDI

5 illik istismar müddətini başa vuran bütün qaz sayğacları yoxlamadan keçiriləcək. Bunu "Azəriqaz" istehsalat birliyinin baş direktoru Rulsan Əliyev metrologiya departamentində keçirilən "açıq qapı" günündə deyib. Baş direktor qeyd edib ki, mexaniki sayğaclara əlavə qurğu quraşdırılacaq. Bunun sayəsində də abonentin qaz təchizatını mərkəzdən idarəetmə ilə dayandırmaq mümkün olacaq.


İstismar müddəti 5 ili keçən bütün qaz sayğacları yoxlanacaq.


Bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Rulsan Əliyev Metrologiya Departamentində keçirilən "Açıq qapı" günündə deyib. Əvvəlcə iştirakçılara sayğacların sərfiyyatı ilə bağlı yoxlama prosesi nümayiş etdirilib. Bildirilib ki, 2019-cu ildə 2200 kubmetr limiti keçən abonentlərin sayı 460 min idisə, bu il həmin abonentlərin sayı 588 min olub. Bu da pandemiya ilə əlaqədardır. Ruslan Əliyev bildirib ki, 5 illik istismar müddətini başa vuran bütün qaz sayğacları yoxlamadan keçiriləcək.


Sayğacların yoxlanması və dəyişdirilməsi ödənişsizdir.


Ruslan Əliyev vurğulayıb ki, mexaniki sayğaclara əlavə qurğu quraşdırılacaq. Bunun sayəsində də sayğac onlayn rejimdə fəaliyyət göstərəcək və abonentin qaz təchizatını mərkəzdən idarəetmə ilə dayandırmaq mümkün olacaq.


Yeni gətirilən smart tipli sayğaclardan da danışan Baş direktor qeyd edib ki, bu sayğacların artıq 30 mini ölkədədir. Gələn ay isə daha 60 min smart tipli sayğac gətiriləcək və quraşdırma prosesinə başlanacaq.



Çox oxunanlar