Xəzər Xəbər

Rusiya və İran Qarabağ məsələsini müzakirə etdilər VİDEO

Veb TV | 20:44 • 26 Yanvar 2021
Rusiya və İran Qarabağ məsələsini müzakirə etdilər

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş keçirilib. Nazirlər arasında müzakirələrin əsas hissəsini Qarabağ məsələsi təşkil edib.

"Dağlıq Qarabağda münaqişəyə son verilməsinə görə çox şadam". Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi görüşdə deyib.

Görüşdən sonra keçirilən mətbuat konfransında çıxış edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə iranlı həmkarı ilə müzakirələr zamanı Qarabağ məsələsinə xüsusi diqqət ayırdıqlarını deyib.

Rusiyalı nazir vurğulayıb ki, bir neçə il əvvəl də Qarabağ münaqişəsinin həlli istiqamətində şans yaranmışdı.

Sergey Lavrovun sözlərinə görə, hazırda vəziyyət fərqlidir və real proses gedir.

Rusiya, Azərbaycan və Ermənistanın sülh yolunda qarşılaşacaqları yeni çağırışların olub-olmayacağına dair sualı cavablandıran Lavrov qeyd edib ki, İran, Türkiyə və Gürcüstan da bölgənin dinc və firavan yaşamasında maraqlıdır.

Cavad Zərif isə öz növbəsində qeyd edib ki, İran Qarabağda baş verən münaqişə yerinə ən yaxın ölkədir. Bu səbəbdən milli təhlükəsizlik baxımından bu münaqişənin həlli çox vacibdir.

Qeyd edək ki, tərəflərin görüşü zamanı həmçinin ikitərəfli münasibətlər ve regiondakı digər məsələlər də müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar