Bakı 10 ℃
Xəzər Xəbər
USD 1.7

"Nizami ili" beynəlxalq səviyyədə qeyd olunacaq VİDEO

Veb TV | 264 | 20:30 • 22 Yanvar 2021
"Nizami ili" beynəlxalq səviyyədə qeyd olunacaq

O şeyki bizlərə lap aşikardır . Orada gizli bir xəzinə vardır.- deyirdi dahi Nizami Gəncəvi. Biz də onun əmanət qoyduğu xəzinədən - zəngin irsindən danışacağıq. "Nizami ili" beynəlxalq səviyyədə qeyd olunacaq. Şair və mütəfəkkir Nizaminin əlyazmalarının surətlərinin Azərbaycana gətirilməsinə daha çox diqqət yetiriləcək." Bu və digər məlumatları " böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi" sərgisinin açılış mərasimdə çıxış edən Mədəniyyət naziri Anar Kərimov verib. Nazir ermənilərin törətdiyi daha bir bəşəri vandalizmə toxunub və onların Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmalarından da danışıb.


Dünya şöhrətli şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illik yubileyi respublikamızla bərabər İSESKO-da, bütün dünyada, habelə TÜRKSOY tərəfindən türk dünyasında qeyd olunacaq.


Bu sözləri "Böyük Azərbaycan şairi və mütəfəkkiri - Nizami Gəncəvi" sərgisinin açılış mərasimdə çıxış edərkən Mədəniyyət naziri Anar Kərimov deyib. Nazir bildirib ki, vaxtilə Nizaminin, Füzulinin, Tusinin və bir çox başqa mütəfəkkirlərimizin əlyazmaları Azərbaycandan daşınıb aparılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bu əlyazmaların bir çoxunun surəti Azərbaycana gətirilib. Bu il ərzində isə Nizami Gəncəvinin əsərlərinin surətlərinin gətirilməsinə çalışacağıq.


Anar Kərimov ermənilərin Xudavəng monastırından 8 əsrlik freskaları qaşıyıb aparmalarından da danışıb.


"UNESCO-ya bu haqda bildirilib və UNESCO tərəfindən hüquqi qiymətin verilməsinə çalışacağıq",- deyə nazir vurğulayıb.


Çox oxunanlar