Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Milli Qəhrəmanın adı icazə alınmadan uşaq bağçasına verildi - Ailəsi narazıdır VİDEO

Veb TV | 203 | 20:38 • 22 Yanvar 2021
Milli Qəhrəmanın adı icazə alınmadan uşaq bağçasına verildi - Ailəsi narazıdır

Bakıda vətəndaşlardan biri açdığı uşaq bağçasına Milli Qəhrəman şəhid general-mayor Polad Həşimovun adını verib. Hətta o, bununla bağlı yol kənarına Polad Həşimovun adının qeyd olunduğu reklam lövhələri də vurub. Uşaq bağçasına icazə alınmadan Polad Həşimovun adının verilməsi isə qəhrəmanımızın ailəsinin narazılığına səbəb olub. Məsələnin təfərrüatlarını təqdim edirik.


Yolların ətrafına Milli Qəhrəmanımızın adının həkk olunduğu reklam lövhələri vurulub.


Özəl uşaq bağçası açaraq Milli Qəhrəman Polad Həşimovun ailəsinin razılığı olmadan onun adını bu baxçaya veriblər.


Milli Qəhrəman, general-mayor Polad Həşimovun bacısı Kəmalə Həşimovanın sözlərinə görə, uşaq bağçasına qardaşının adının verilməsi ilə bağlı məlumatı əldə etdikdən sonra ora ilə əlaqə saxlayaraq bunu niyə icazəsiz etdiklərini soruşub.


Kəmalə Həşimova deyir ki, uşaq bağçasının adının dəyişdiriləcəyi ilə bağlı ona söz versələr də buna əməl etməyiblər. Yolun kənarına vurulan reklam lövhələrində də Polad Həşimovun adı götürülməyib.


Məsələ ilə bağlı uşaq bağçasının sahibi Kazım Şahrızayev isə ''XəzərXəbər''ə bildirdi ki, müəssisəyə Polad Həşimovun adının verilməsi ilə bağlı nə rəsmi qaydada icazə alınıb, nə də ki onun ailəsinə bununla bağlı məlumat verilib.


Hüquqşunas Anar Ramazanov isə deyir ki, Mülki məcəlləyə əsəsasən belə vəziyyətdə uşaq bağçasının sahibi əvvəlcə Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərindən və ya vərəsələrinin birindən rəsmi qaydada razılıq almalı idi.


Qeyd edək ki, ''XəzərXəbər''in müdaxiləsindən sonra yolun kənarına quraşdırılan Milli Qhrəmanımızın adının qeyd olunduğu reklam lövhələri ərazidən götürülüb.



Çox oxunanlar