Xəzər Xəbər

DMX-nin hesabatı: Vüsal Hüseynov ötən il görülən işləri açıqladı - VİDEO

Veb TV | 20:08 • 14 Yanvar 2021
DMX-nin hesabatı:

Dövlət Miqrasiya Xidmətinə ötən il edilən elektron müraciətlərin həcmi dəfələrlə artıb. Bunu 2020-ci ildə görülən işlərlə bağlı videokonfrans formatında keçirilən brifinqdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. O, readmissiya sazişləri çərçivəsində bu il xaricdən ölkəyə gətirilməsi nəzərdə tutulan Azərbaycan vətəndaşlarının sayını da açıqlayıb.

Ötən il pandemiya səbəbindən Dövlət Miqrasiya Xidmətində elektron xidmətlər üçün müraciətlər kəskin artıb. Bunu ötən ilin yekunları ilə bağlı videokonfrans formatında keçirilən iclasda Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Pandemiya səbəbindən sərhədlərdən keçmələrdə geniş məhdudiyyətlər olduğuna görə ötən il Azərbaycana gələn əcnəbilərin sayı da əhəmiyyətli dərədəcə azalıb.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov xarici ölkələrlə Azərbaycan arasında mövcud olan readmissiya sazişlərinə əsasən bu il ölkəyə gətiriləcək şəxslərin sayını da açıqlayıb. Onun sözlərinə görə readmissiya sazişləri çərçivəsində ümumi müraciətlərin sayı 4647 olub. Ancaq bu il həmin sazişlər çərçivəsində ölkəyə gətiriləcək şəxslərin sayı 1914 nəfərdir.

Ötən il miqrasiya ilə bağlı qanunvericilik bazasının da təkmilləşdiyini xatırladan Vüsal Hüseynov xarici ölkələrin vətəndaşlığını qəbul edən azərbaycanlıların 1 ay müddətinə bu barədə Azərbaycana məlumat verməyəcəyinin cinayət sayılmasının ləğv olunduğunu bildirib. Xidmət rəisi migrationto.az portalı vasitəsilə əcnəbilərin Azərbaycana gəlişi ilə bağlı bütün təfərrüatların internet resursunda əksini tapdığına diqqət çəkib. Bu isə ölkəyə gələn əcnəbilərin həmin portaldan istifadə etməklə istənilən məsələ barədə anında məlumat almasına şərait yaradır.

Xəbər lenti

Çox oxunanlar