Xəzər Xəbər

"Döyüşə gülə-gülə getdi" - Şəhid Vüsal Dəmirov ''Qarabağ ordeni'' ilə təltif edilib - VİDEO

Veb TV | 19:37 • 15 Dekabr 2020
"Döyüşə gülə-gülə getdi" -

44 günlük Vətən müharibəsi zamanı doğma torpaq uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələn İsmayıllı rayon sakini 27 yaşlı Vüsal Dəmirov...

2012- 2013 ci il həqiqi hərbi xidməti başa vurduqdan sonra vətən sevgisi Vüsalı hərbi xidmətdə qalmasına sövq edib. O, bu müddət ərzində fərqləndiyinə görə hədiyyələr və mükafatlar alıb. 2016- cı ilin Aprel döyüşləri və 2020-ci ildə Tovuz döyüşlərinin də iştirakçısı olub.

27 sentyabr Vətən müharibəsi başlayar-başlamaz qəhrəmanımız torpaqlarımızı azad etmək üçün sevinərək savaşa qatılıb.

Vüsal Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Döyüş yolu da, həyat yolu da qürur duyulacaq Vüsal İsmayıllıdakı Şəhidlər xiyabanında dəfn olunub. İgidimiz ölümündən sonra ''Qarabağ ordeni'' ilə təltif edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar