Bakı 1 ℃
Xəzər Xəbər
USD 1.7

Bahar Muradova: Ermənistan Azərbaycana vurduğu hər bir ziyana görə kompensasiya ödəməlidir - VİDEO

Veb TV | 236 | 20:18, 12 Dekabr
Bahar Muradova: Ermənistan Azərbaycana vurduğu hər bir ziyana görə kompensasiya ödəməlidir -

Vətən müharibəsi dövründə kimi övladını, kimi əzizlərini, bəzi körpələr isə hər 2 valideynini itirdi. Evsiz-eşiksiz qalan vətəndaşlarımız, tamamilə məhv olan ailələrimiz var. 44 günlük müharibə minlərlə vətəndaşımıza bərpası çox çətin olan ziyanlar vurdu.

Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Xəzər Xəbər"ə müsahibəsi zamanı deyib.

Komitə sədri bildirib ki, müharibə zamanı əsir düşən, girov götürülən, hüquqları pozulan, zərər çəkən hər bir vətəndaşımız beynəlxalq təşkilatlara, məhkəmələrə fərdi şəkildə də müraciət edə və onlara dəymiş ziyanın Ermənistan tərtəfindən ödənilməsini tələb edə bilərlər.

Komitə sədri şəhid və qazi ailələrinin diqqətdə saxlanıldığını və onlarla bağlı ciddi addımlar atılacağını bildirib.

B.Muradovanın sözlərinə görə, Ermənistan bu illər ərzində Azərbaycana vurduğu hər bir ziyana görə kompensasiya ödəməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Çox oxunanlar