Bakı 12 ℃
Xəzər Xəbər
USD 1.7

Şəhid anası: "Oğlum mənə dedi ki, birinci bayraq və vətən, sonra sənsən" - VİDEO

Veb TV | 521 | 21:22 • 12 Dekabr 2020
Şəhid anası: "Oğlum mənə dedi ki, birinci bayraq və vətən, sonra sənsən" -

Vətən müharibəsində göstərdiyi igidliyə görə Ali Baş Komandan tərəfindən ən ali mükafatla təltif olunan hərbçilərimizdən biri də Biləsuvarlı qəhrəman döyüşçü şəhid Əmənov Məhəmməd İltizam oğludur. O, döyüş meydanında göstəridiyi şücaətə görə " Qarabağ" ordeni ilə mükafatlandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, xidmətə başlayan gündən hər zaman valideynlərinə bir gün şəhid olacağını və buna görə də başlarını dik tutumağı tövsiyə edirdi.

Məhəmməd Əmənov 1996-cı ildə Biləsuvar rayon, Bağbanlar kəndində dünyaya göz açıb. Atası İltizam kişi deyir ki, vətənpərvərlik ruhu Məhəmməddə Milli Qəhrəman Mübariz İbrahimova olan dərin ehtiramından doğmuşdu. Məhəmməd hər dəfə valideynlərinə deyirdi ki, "mən də Mübariz kimi qəhrəman olacağam". Elə ona görə də hərbi xidməti başa vurduqdan sonra yenidən sənədlərini hərbi hissələrdən birinə verib, gizir rütbəsində vətəninə xidmət etməyə başlayıb.

Məhəmməd Əmənov ikinci Vətən müharibəsi başlayan zaman döyüşlərə Göranboy istiqamətində tank komandiri kim qatılıb.

Sonuncu dəfə ailə üzvləri ilə 19 oktyabrda danışıb. Bildirib ki, səhəri günü ağır döyüşə qatılacaqlar. O, anasına şəhid olarsa ağlmamasını tapşırıb.

Məhəmməd Əmənov Aprel döyüşlərində də iştirak edib. O zaman da böyük şicaət göstərib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Çox oxunanlar