Xəzər Xəbər

Baş infeksionistdən evdə müalicə alan koronavirus xəstələrinə xəbərdarlıq - VİDEO

Veb TV | 21:01 • 8 Dekabr 2020
Baş infeksionistdən evdə müalicə alan koronavirus xəstələrinə xəbərdarlıq -

Koronavirusdan evdə özünütəcrid və digər qoruyucu tədbirlərlə bağlı təcili yardıma zəng etmək doğru deyil.

Xezerxeber.az-ın məlumatına görə, baş infeksionist Təyyar Eyvazov bildirib ki, xəstəlik haqqında təcili yardıma müxtəlif suallar ünvanlanır. Halbuki bu suallar poliklinikalara ünvanlanmalı və həkimlərlə müzakirə olunmalıdır.

Baş infeksionist təcili yardıma hansı hallarda müraciət edilməli olduğundan da danışıb.

Təyyar Eyvazov onu da qeyd edib ki, tibbi göstərişlər olmadan koronavirusa yoluxan şəxslərin evdə antibiotiklərdən, hormonal preparatlardan, yüksək dozalı müxtəlif vitaminlərdən istifadə etməsi fəsadlara yol aça bilər. Ona görə də özündə hərarətin yüksəlməsi, əzginlik, zəiflik, əzələ ağrıları, quru öskürək, boğaz ağrısı kimi əlamətlər hiss edən şəxs mütləq qaydada yaşadığı ərazi üzrə sahə həkiminə ilk olaraq telefonla müraciət etməli, düzgün olan tövsiyələri icra etməlidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti