Azərbaycan Prezidenti İlham Əliyevin müharibənin gedişatında xalqa müraciəti zamanı işlətdiyi müxtəlif ifadələr artıq şüara çevrilib və geyimlərin üzərinə həkk olunur.
Xezerxeber.az-ın məlumatına görə, həmin geyimlərə gənclərin xüsusi marağı var.
Üzərində Azərbaycan həqiqətləri yazılan geyimlərdə şəkil çəkdirib, sosial şəbəkələrdə informasiya müharibəsinə dəstək verənlər də az deyil.
Qeyd edək ki, köynəklərin qiyməti 15-20 manat arasında dəyişir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: