Xəzər Xəbər

Təbiət möcüzəsi: Səmada eyni anda üç günəş görünüb - VİDEO

Veb TV | 10:15 • 8 Oktyabr 2020
Təbiət möcüzəsi:

Rusiyanın Yamalo-Nenets muxtar dairəsinin sakinləri qeyri-adi bir təbiət hadisəsini müşahidə ediblər.


Belə ki, səmada bir anda üç günəş görünüb. Bu barədə "Vesti Yamal” xəbər verib.


Bu optik fenomen günəş halosu adlanır.


Halo - Günəş və Ay ətrafında yaranan işıltılı halqadır.


O, yerdən 5-10 km yüksəklikdə lələkvari buludların buz kristallarında işığın sınması və əks olunması nəticəsində yaranır.


Halo da göy qurşağı və qütb parıltısı kimi optik atmosfer hadisəsidir.



Xəbər lenti